AZ

Estoniya səfirliyini Gürcüstandan Ermənistana köçürür

Estoniyanın Gürcüstanda və Ermənistanda akkreditə olunmuş səfiri Marqe Mardisala-Kaxarın Tbilisidəki fəaliyyəti dayandırılır.

Aktual.az xəbər verir ki, bu barədə qərarı Estoniyanın Xarici İşlər Nazirliyi (XİN) qəbul edib.

Qərara əsasən, bu vaxta qədər iqamətgahı Tbilisidə yerləşmiş səfir mart ayından etibarən İrəvanda fəaliyyət göstərəcək.

Dəyişikliyin edilməsinin səbəbi Estoniya ilə Gürcüstan arasında münasiblətlərin soyuması, eyni zamanda Ermənistanla əlaqələrin möhkəmləndirilməsidir. Marqe Mardisala-Kaxar Gürcüstandakı missiyasını martın 10-da başa çatdıracaq.

Yeni səfir təyin olunana qədər Estoniyanın Gürcüstandakı səfirliyinə müvəqqəti işlər vəkili Gita Kalmet rəhbərlik edəcək. Estoniya XİN Gürcüstana yeni səfirin nə zaman təyin olunacağı barədə məlumat açıqlamayıb.

Qeyd edək ki, Estoniyanın Ermənistanda səfirliyinin açılması barədə qərar ötən ilin noyabrında qəbul olunub. Diplomatik nümayəndəliyin mart ayında açılacağı gözlənilir.

Estoniyanın Gürcüstandakı səfirliyi 2006-cı, Gürcüstanın Estoniyadakı səfirliyi isə 2007-ci ildə açılıb. Hazırda Gürcüstanın Estoniyada səfiri yoxdur.

Seçilən
19
10
ulusum.az

10Mənbələr