AZ

Sərhəddə heyrətləndirən əməliyyat: kəşfiyyat Atvinini belə saxlayıb Detallar

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

“Müasir asimmetrik münaqişələrdə kəşfiyyat və hərbi əməliyyatların sinxronizasiyası artıq həlledici üstünlük amilinə çevrilib. İsrailin son günlərdə Livan və Suriya sərhədində həyata keçirdiyi kompleks əməliyyatlar sadəcə cavab tədbiri deyil, təhlükəni hələ yaranma mərhələsində neytrallaşdıran preventiv müdafiə doktrinasının bariz nümunəsidir. Bu strateji yanaşma kəşfiyyat üstünlüyünün hərbi gücdən daha effektiv olduğunu bir daha təsdiqləyir”.

Bu sözləri Globalinfo.az-a politoloq Rüstəm Tağızadə deyib.

Politoloq bildirib ki, Livanın əl-Xabariya kəndində “Camaat əl-İslami” qruplaşmasının liderlərindən biri olan Atvi Atvinin xüsusi əməliyyatla ələ keçirilməsi kəşfiyyatın sahədəki dərinliyini göstərir:

“Məsələ ilə bağlı “Al Jazeera”nın yaydığı məlumatına görə, qruplaşma bunu suverenliyin pozulması və qaçırılma kimi qiymətləndirsə də, hərbi baxımdan bir komandirin sağ ələ keçirilməsi “canlı arxivin” əldə olunması deməkdir. Bu informasiya gələcək loqistik xəritələrin və gizli anbarların ifşası üçün ən etibarlı mənbədir.

“Fevralın ilk on günlüyündə (xüsusilə 2-8 fevral arası) həyata keçirilən intensiv hava zərbələri göstərir ki, İsrailin əlində geniş bir “hədəf bankı” mövcuddur. “Anadolu” Agentliyinin qeyd etdiyi PUA zərbələri təsadüfi atəş deyil, dəqiq koordinatlar əsasında həyata keçirilən “cərrahi müdaxilələrdir”. Bu taktika hədəfi real vaxt rejimində məhv edərək qarşı tərəfin manevr imkanlarını tamamilə iflic edir.

Rüstəm Tağızadə

Suriyanın Beyt-Cen bölgəsindəki silah anbarlarının vurulması təhdidin coğrafi sərhədlərini aşır. Bu əməliyyatların sinxronluğu sübut edir ki, kəşfiyyat orqanları təhdidi lokal deyil, regional bir zəncir olaraq görür və zərbəni həmin zəncirin ən zəif loqistik həlqəsinə vurur.

Bu gün qalib gələn tərəf daha çox raketə sahib olan deyil, məlumatları daha sürətli birləşdirib hərəkətə keçən tərəfdir. İsrailin bu proaktiv yanaşması kəşfiyyat dominantlığının hərbi doktrinaların mərkəzində dayandığını göstərir”.

Turan Rzayev

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
globalinfo.az

1Mənbələr