AZ

Ata Abdullayev şərti azadlığa buraxılıb

Ata Abdullayev məhkəmənin qərarı ilə şərti azadlığa buraxılıb.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, Xəzər Rayon Məhkəməsinin qərarı ilə Penitensiar Xidmətin Binə qəsəbəsində yerləşən 17 saylı cəzaçəkmə müəssisəsindən, cəzasının çəkilməmiş hissəsindən azad edilərək şərti azadlığa buraxılıb.

***

Həbsdə olan bloger Ata Abdullayev azadlığa buraxılıb.

Far.Az xəbər verir ki, bununla bağlı qərarı Xəzər Rayon Məhkəməsi qəbul edib.

Xatırladaq ki, bloger 2021-ci ilin mart ayında həbs olunmuşdu. O, Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Qeyd edək ki, Ata Abdullayevin azadlığa buraxılması ilə bağlı ilkin məlumatı "bakues.az" saytı yayıb.

Seçilən
50
far.az

1Mənbələr