AZ

Bu ərazilərində işıq olmayacaq

Bakı.Trend:

Ordubad rayonunun bəzi ərazilərində elektrik enerjisininverilişində müvəqqəti fasilələr olacaq.

Trend xəbərverir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilir ki, fevralın 14-də “Azərişıq” ASC-nin NaxçıvanRegional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) tərəfindənplanlı təmir-bərpa işləri aparılacaq. Bununla əlaqədar olaraqDüylün 35/10 kV-luq yarımstansiyadan çıxan Aza 10 kV-luq elektrikxətti razılaşdırılmış sifariş əsasında açılacaq.

Aparılacaq işlərlə əlaqədar Aza, Azad və Dar kəndlərində saat14:00-dan 16:00-dək elektrik enerjisinin verilişində müvəqqətifasilə yaranacaq.

Qeyd edək ki, təmir işləri enerji təchizatı sistemləriningücləndirilməsi, etibarlılığın artırılması və texniki baxışlarınaparılması məqsədilə həyata keçirilir. Bu çərçivədə müxtəlifünvanlarda elektrik xətləri və yarımstansiyalarda mərhələli təmirişlərinin görülməsi nəzərdə tutulur.

“Azərişıq” ASC-nin Naxçıvan RETSİ yaranacaq müvəqqətinarahatlığa görə istehlakçılardan üzr istəyir.

Seçilən
178
33
az.trend.az

10Mənbələr