Sabunçu rayonunda silsilə oğurluq hadisələri qeydə alınıb. Naməlum şəxs ayrı-ayrı vaxtlarda evlərdən 8 min manat dəyərində elektrik naqilləri, müşahidə kameraları və işıqlandırma cihazlarını talayıb.
Bu barədə XQ-yə DİN-dən məlumat verilib.
Sabunçu RPİ 42-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 30 yaşlı C.Cəfərquliyev saxlanılıb.
Araşdırmalar davam etdirilir.