Ermənistanda "Sülh Körpüsü" təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri ilə dəyirmi masa müzakirəsi keçirilir.
Xatırladaq ki, Azərbaycan nümayəndə heyəti bu gün "Sülh Körpüsü" təşəbbüsü çərçivəsində ikitərəfli dəyirmi masa müzakirəsində iştirak etmək üçün Ermənistana gəlib.
13-14 fevral tarixlərində Ermənistan və Azərbaycan vətəndaş cəmiyyətlərinin nümayəndələri ilə dəyirmi masa keçiriləcək. Görüşdə hər iki tərəfdən genişləndirilmiş nümayəndə heyəti iştirak edəcək.
Qeyd edək ki, Azərbaycandan olan nümayəndə heyətinin tərkibində Trend Beynəlxalq İnformasiya Agentliyinin baş redaktoru Emin Əliyev iştirak edir.
Azərbaycan nümayəndə heyəti 19 nəfərlə təmsil olunur.
Trend