AZ

Kredit kartı limitini bank özbaşına artıra bilərmi?

ain.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bank müştəriləri tərəfindən tez-tez edilən bir şikayət də kredit kartı limitlərinin icazəsiz artırılmasıdır.

Bu, bəzən böyük problemlərə yol açır.

Maraqlıdır, sözügedən halın olması qanunidirmi?

Bu barədəGununsesi.info-ya hüquqşünas Şamil Paşayev danışıb.

O bildirib ki, Mərkəzi Bankın 2025-ci il avqust dəyişikliklərinə əsasən, kredit kartı limitini borcalanın xalis vergidən sonrakı gəlirinin maksimum 5 misli ilə məhdudlaşdırılır:

“Bank borcalanın razılığı olmadan limiti artıra bilməz və ya avtomatik artım tətbiq etsə, borcalan imtina hüququna malikdir. Pozuntu halında Mərkəzi Banka şikayət edilə bilər. Bu halda isə limit ləğv olunur. Ümumiyyətlə, kredit kartı müqaviləsində limit artımı şərtlərini yoxlamaq və razılıq vermədən artımı qəbul etməmək lazımdır”.

Orxan

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
icma.az

1Mənbələr