AZ

“Real”a keçməyə razılıq verdi

“Mançester Siti”nin və Norveç millisinin hücumçusu Erlinq Haland “Real”a keçməyə razılaşıb.

Msport.az xəbər verir ki, ulduz forvard bunun reallaşması üçün İspaniya nəhənginin qarşısına bir şərt qoyub: məşqçi dəyişikliyi.

Konkret, Haland bu yay transferi yalnız Yürgen Kloppun “Real”ın baş məşqçisi təyin olunması şərti ilə nəzərdən keçirməyə hazır olduğunu bildirib. Son sözü Halandın gəlişi ilə hücum gücünü fantastik səviyyəyə çatdırmağı düşünən “Real”in prezidenti Florentino Peres deyəcək.

Norveçli ulduz 2025/2026 mövsümündə ümumilikdə 37 matça çıxaraq 29 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
10
2
msport.az

3Mənbələr