AZ

Çində pinqvinlərin paradı Fotolar Video

Qafqazinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Çinin Harbin şəhərində pinqvinlərin paradı keçirilir. 

“Qafqazinfo” xəbər verir ki, parad “Harbin Polarland” tematik parkında təşkil edilən ənənəvi festival çərçivəsində baş tutub. 

Bəzilərinin boynunda qalstuk və ya “kəpənək”, bəzilərinin belində çanta olan pinqvinlər park əməkdaşlarının müşayiəti ilə xüsusi marşrut üzrə hərəkət ediblər. Festivalın keçirildiyi ərazidə həmçinin qalalar və saraylar da daxil olmaqla, böyük buz heykəllər quraşdırılıb. 

Havaların soyuq olmasına baxmayaraq, minlərlə yerli sakin və turist bu şounu izləmək üçün festivala qatılıblar. Parad ziyarətçilərin böyük marağına səbəb olub. 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
67
2
qafqazinfo.az

3Mənbələr