AZ

Polis xəzər dənizində əməliyyat keçirdi- SAXLANILAN VAR

Ajans.az xəbər verir ki, bununla bağlı DİN-in mətbaut xidmətindən məlumat verilib. Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşlarının bu istiqamətdə keçirdikləri növbəti tədbir zamanı Xəzər dənizinin cənub hissəsində qanunsuz balıq ovu ilə məşğul olan N.Həbibzadə saxlanılıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə,
baxış zamanı həmin şəxsdən 172 ədəd ovlanması qadağan edilən müxtəlif növ balıq və qanunsuz ov alətləri götürülüb. Faktla bağlı araşdırma aparılır. Su polisləri tərəfindən müvafiq dövlət qurumları ilə birgə bu istiqamətdə nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Seçilən
25
18
Ajans.az

10Mənbələr