Ötən ilin dekabr ayında Avropa İttifaqı 407 milyon avro dəyərində Rusiya qazını alıb.
Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, Macarıstan Rusiyadan 199 milyon avro, Yunanıstan 76 milyon avro, Bolqarıstan isə 72 milyon avro dəyərində qaz alıb.
Ümumilikdə, Avropa İttifaqı 2025-ci ildə Rusiyanın nəql elədiyi qaz üçün 5,8 milyard avro ödəyib.