AZ

Vahid məktəbli formasının tətbiqi: Təhsil müəssisəsi dini geyim yeri deyil ARAŞDIRMA

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

Azərbaycan təhsilinin bu gün üzləşdiyi problemlərdən biri vahid məktəbli formasının tətbiq olunmasındakı boşluqlarla bağlıdır. Uzun illərdir ki, bu istiqamətdə müzakirələrin aparılmasına, qərarların qəbul olunmasına baxmayaraq, problem həllini tapmır.Vahid məktəbli formasının tətbiqi ilə bağlı bəzi hallarda tənqidi fikirlərə də rast gəlinir ki, əslində, buna ehtiyac yoxdur. Lakin həm dünya təcrübəsi, həm müşahidələr, həm aparılan araşdırmalar, həm də gündəlik rastlaşdığımız hallar vahid məktəbli formasının tətbiq olunmasının bir neçə aspektdən vacib olduğunu ortaya çıxarır.Eyni parta arxasında eyni geyimdəBu aspektlərin başında sosial bərabərlik gəlir. Ailələrinin maddi vəziyyətindən asılı olmayaraq, eyni sinifdə, eyni məktəbdə oxuyan uşaqların geyimində fərq olmaması, ilk növbədə, onların xarici görünüşündə də fərq yaranmamasına imkan verir.Varlı və kasıb ailələrin övladlarının eyni parta arxasında oturarkən bir-birindən seçilməməsi onların münasibətində də mühüm rol oynayır.Məsələ təkcə maddi vəziyyətlə də bitmir. Şagirdlərin vahid forma olmadığı halda məktəbə istədikləri geyimlə gələcəklərini düşündükdə hansı mənzərənin yaranacağını təsəvvür etmək o qədər də çətin deyil.İstəyən açıq-saçıq geyimdə, istəyən hicabda, istəyən uzun saçla, istəyən saqqalla...Belə olan halda məktəb artıq təhsil, elm ocağı olmaqdan çıxır. Odur ki, vahid məktəbli geyiminin tətbiqi bu kontekstdə sadalanan halların qarşısının alınması baxımından çox vacibdir.Diqqətçəkən məqamlardan biri də odur ki, vahid məktəbli formasının tətbiqindən sonra açıq-saçıq geyinmə hallarının qarşısının alınması istiqamətində nəticələr əldə olunsa da, hazırda məktəbə hicabla gələnlərin sayı az deyil.Hətta aşağı sinif şagirdləri arasında da belə hallara rast gəlinir. Bir çox halda həmin azyaşlıların valideynləri tərəfindən hicab taxmağa məcbur edildikləri barədə məlumatlar yayılır.Ümumi təhsil müəssisələrində 4 növ geyim formasıHüquqşünas Şamil Paşayev APA-ya bildirib ki, Nazirlər Kabineti məktəblinin vahid geyim forması ilə bağlı qərar veribsə, hər hansı şəxsin, istənilən dini qrupun üzvünün özünün seçdiyi, sevdiyi geyimdə məktəbə gəlməsi yolverilməzdir: “Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 mart 2022-ci il tarixli "Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri"nin təsdiq edilməsi haqqında qərarına əsasən, ümumi təhsil müəssisələrində 4 növ geyim formasından biri tətbiq edilir. Bu formaların siyahısında dini geyimlər mövcud deyil. Ümumtəhsil müəssisələrinin Pedaqoji Şurası tərəfindən müvafiq qərar qəbul edilərək, yalnız bu 4 geyim formasından biri seçilə bilər”.

Seçilən
136
demokrat.az

1Mənbələr