AZ

Emin Ağalarovdan YENİ LAYİHƏ - Dağ xizək kurortu TİKİR

İş adamı Emin Ağalarov Soçidə dağ xizək zonasında premium səviyyəli kurort yaratmağı planlaşdırır.

EEkologiya.az xəbər verir ki, bu barədə o, “RIA Nedvijimost” agentliyinə “Move Real Estate Forum” çərçivəsində açıqlama verib.

E.Ağalarov bildirib ki, hazırkı vəziyyətdə Rusiya bazarında əsas maraq yüksək səviyyəli, kompakt layihələrə yönəlib.

“Rusiyada müxtəlif əraziləri daim izləyirəm. Lakin hazırkı daşınmaz əmlak bazarının çətinliklərini nəzərə alaraq, inkişaf yalnız premium və nisbətən kiçik formatlarda mümkündür. Hazırda “Sky Breeze” Soçidə dağ xizək kurortu layihəsi kifayət qədər irəliləmiş danışıqlar mərhələsindədir”, - deyə iş adamı qeyd edib.

O əlavə edib ki, şirkət hələlik Rusiyada genişmiqyaslı yaşayış layihələrində iştirak etməyi planlaşdırmır, çünki bu cür layihələrdə tətbiq olunan escrow mexanizmi yüksək faizli bank maliyyələşdirilməsi tələb edir.

Musavat.com

Seçilən
7
ekologiya.az

1Mənbələr