AZ

Aktiv smartfon bazasının ilk onluğu açıqlandı


Qlobal aktiv smartfon bazası 2025-ci ildə 2% artıb və hər dördüncü aktiv cihazdan biri “Apple”dır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat “Counterpoint Research” şirkətinin hesabatında öz əksini tapıb.
Şirkət hesabatda “Apple”in aktiv cihazların sayına görə lider olduğunu və “iPhone”ların dünyada istifadə olunan bütün smartfonların təxminən 25%-ni təşkil etdiyini bildirib. İkinci yeri təxminən 19% payla “Samsung” tutub. Üçüncü yerdə təxminən 12 % payla “Xiaomi” qərarlaşıb.   
İlk onluğa həmçnin, OPPO, VİVO, “Transsion” (Itel, Tecno, Infinix), HUAWEI, HONOR, “Motorola” və “Realme” daxildir.
“Counterpoint Research”in baş analitiki Karn Çauxan qeyd edib ki, “Apple” son bir ildə aktiv cihaz sayını növbəti yeddi istehsalçının cəmindən daha çox artırıb.
O hesab edir ki, bu, “Apple”in iOS ekosisteminin dərinliyini və yüksək səviyyəli xidmət inteqrasiyasını əks etdirir.
“Samsung”un mövqeyi standart seqmentdən premium seqmentə qədər geniş məhsul xətti və güclü qlobal iştirakla dəstəklənir.
Seçilən
18
yeniavaz.com

1Mənbələr