AZ

Sibiqa çinli həmkarı ilə görüşdü

ain.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ukraynan xarici işlər naziri Andrey Sibiqa Münxen Təhlükəsizlik Konfransı çərçivəsində çinli həmkarı Vanq Yi ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, özü məlumat yayıb.

“Münxendə Çin xarici işlər naziri Vanq Yi ilə mənalı və məhsuldar görüş keçirdim. Qarşılıqlı faydalı ticarət və ikitərəfli münasibətlərin inkişaf etdirilməsi yollarına diqqət yetirdik”, - Sibiqa bildirib.

Ukraynalı nazir həmçinin Çin tərəfinə Ukraynaya əlavə humanitar enerji yardımı paketinə görə təşəkkür edib.

Xarici işlər nazirləri qarşılıqlı olaraq bir-birlərini ölkələrinə səfərə dəvət ediblər. 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
1
bakivaxti.az

2Mənbələr