AZ

“Qələbənin digər üzü – Şəhid ailələri” layihəsinə start verildi

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının Gənclər Fondunun 2025-ci il üzrə elan etdiyi qrant müsabiqəsinin qalibi olan aktiv gənc, sosial işçi,  layihə rəhbəri Günel Baxışova Fondun maliyyə dəstəyi ilə “Qələbənin digər üzü – Şəhid ailələri” adlı layihəni icra edir.

QHT.az xəbər verir ki, layihənin icra müddəti 20 noyabr 2025-ci il tarixindən 20 fevral 2026-cı il tarixinədək olmaqla 3 aylıq dövrü əhatə edir. Layihə çərçivəsində Mingəçevir Turizm Kollecində, Mingəçevir Dövlət Universitetində və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında olmaqla ümumilikdə 3 ali və orta ixtisas təhsili müəssisəsində maarifləndirici görüşlərin təşkili nəzərdə tutulmuşdur.

Layihənin əsas məqsədi şəhid ailələri ilə bağlı ictimai şüurun formalaşdırılması, gənclər arasında vətəndaş məsuliyyətinin və sosial empatiyanın gücləndirilməsi, eləcə də şəhid ailələrinə münasibətdə etik və sosial davranış modellərinin təşviq edilməsidir. Görüşlər zamanı “Şəhid ailələrinin hüquqları”, “Şəhid ailələrinə göstərilən sosial xidmətlər” kimi mövzular ətrafında interaktiv müzakirələr və təqdimatlar keçiriləcəkdir.

Layihənin əsas hədəf qrupunu universitet və kolleclərin tələbələri, eləcə də şəhid ailələrinin üzvləri təşkil edir. Layihə vasitəsilə gənclərin sosial həssas qruplara münasibətdə maarifləndirilməsi, onların ictimai proseslərdə daha aktiv və məsuliyyətli vətəndaş kimi formalaşmasına töhfə verilməsi hədəflənir.

Seçilən
102
qht.az

1Mənbələr