AZ

Emin Əmrullayev direktoru işdən ÇIXARDI

Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Qazax Dövlət Sosial İqtisad Kollecinin direktoru işdən çıxarılıb.

Redaktor.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq Əmri ilə Elşad İlyas oğlu Quluyev vəzifəsindən azad olunub.

Qazax Dövlət Sosial-iqtisadi Kollecinin Tədris işləri üzrə direktor müavini Vüqar Əyyubov direktor əvəzi təyin edilib.

Qeyd edək ki, Elşad Quliyev 2009-cu ildən Qazax Dövlət Sosial İqtisad Kollecinin direktoru idi.

2
Seçilən
14
17
redaktor.az

10Mənbələr