AZ

Milli komandalarımızın yeni məşqçiləri AÇIQLANDI - FOTO

Yunan-Roma güləşində gənclər, yeniyetmələr və kiçikyaşlı yeniyetmələr üzrə milli komandaların tərkibi yenidən formalaşıb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasından bildirilib.

Məlumata görə, U-20 milli komandanın böyük məşqçisi vəzifəsinə Turac Hüseynli təyin edilib.

Emin Əhmədov, Həsən Əliyev, Akif Əliyev və Elvin Mürsəliyev köməkçi-məşqçi funksiyasını yerinə yetirəcək.

U-17 milli komandanın böyük məşqçisi vəzifəsinə Rafiq Hüseynov təyin edilib. Məşqçilər heyətində Kamran Məmmədov, Zöhrab Abbasov və Müşviq Məmmədov da yer alıb.

U-15 milli komandada böyük məşqçi vəzifəsini isə Taleh Məmmədov yerinə yetirəcək. Bu komandada digər məşqçilər İlham Vezirov, Azad Əliyev və Fuad Aydınlı olacaq.


Bizim.Media

Seçilən
17
7
bizim.media

10Mənbələr