AZ

Kansler Aİ-yə çağırış etdi:Qərbi Balkan ölkələrinin...

Avropa İttifaqı (Aİ) yeni genişlənmə strategiyasının yaradılmasına hazırlaşır, onun icrası artıq apreldən sonra başlaya bilər.

“İki sahil” xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merts Münxen Təhlükəsizlik Konfransında çıxışı zamanı bildirib.

Almaniyanın hökumət başçısı prosesin irəliləməsi perspektivlərini birbaşa Macarıstanda keçiriləcək seçkilərlə əlaqələndirib.

"Burada, bu zalda hamı kimin buna qarşı olduğunu bilir, lakin biz bunun öhdəsindən gəlməliyik. Avropa Şurasında yekdil səsvermə tələb olunur... Ümid edirəm ki, ən geci apreldə keçiriləcək seçkilərdən sonra, biz növbəti fəsilləri (Aİ-yə üzvlük üzrə danışıqlar klasterləri) aça və sizi Aİ-yə yaxınlaşdıra biləcəyik ki, siz nəticədə onun üzvü olasınız", - Merts qeyd edib.

O əmindir ki, Qərbi Balkan ölkələri Avropanın bir hissəsi kimi Aİ-nin ayrılmaz qisminə çevrilməlidir. "Mən sizi itirmək istəmirəm. Siz Avropa qitəsinin bir hissəsisiniz", - kansler Monteneqro prezidentinin ölkəsinin Aİ-yə üzvlük perspektivləri barədə sualını cavablandırarkən bildirib.

Merts həmçinin etiraf edib ki, Aİ-nin Balkan ölkələrinə yanaşmasından "getdikcə daha çox narahatlıq keçirir".

Seçilən
24
ikisahil.az

1Mənbələr