AZ

Cərrahlardan NADİR ƏMƏLİYYAT: Kişinin ağciyərindən konyak tıxacı ÇIXARILDI

Sklifosovski İnstitutunda kişinin ağciyərindən konyak tıxacı çıxarılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Sklifosovski adına Elmi-Tədqiqat İnstitutunun cərrahları qeyri-adi və mürəkkəb bir əməliyyat icra ediblər. Həkimlər bir kişinin ağciyər nahiyəsindən konyak şüşəsinin tıxacını çıxarıblar.

Hadisənin təfərrüatına görə, həmin şəxs qar arabası (sneqoxod) sürərkən konyak şüşəsini gödəkçəsinin altında gizlədib.

Hərəkət zamanı yıxılan kişinin döş qəfəsi şüşə tərəfindən deşilib. Nəticədə konyak şüşəsinin tıxacı plevra boşluğuna keçərək birbaşa ağciyərin üzərində ilişib qalıb.

Cərrahların uğurlu müdaxiləsi nəticəsində yad cisim ağciyərdən çıxarılıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
66
interpress.az

1Mənbələr