AZ

Hər üç kişidən birində bu problem var Acı statistika və gizli qalan səbəblər

ain.az bildirir, Demokrat.az portalına istinadən.

Dünya əhalisinin təxminən 17.6 faizi sonsuzluq problemi ilə üzləşir. Kişilər arasında bu göstərici isə 50 faizə yaxındır. Kişi sonsuzluğunun əsas səbəblərindən biri genetik anomaliyalar hesab olunur. Klaynfelter sindromu əlavə X xromosomunun mövcudluğu ilə xarakterizə olunur. Xarici mütəxəssislər bildirir ki, genetik faktorlar kişi infertilitesində mühüm rol oynayır.Bəs Azərbaycanda vəziyyət necədir?Hadisə ilə bağlı Umz. Dr Zakir Quliyev Demokrat.az-a bildirib ki, dünyada hər üç kişidən idən birinin sonsuz olması iddiası rəsmi statistikaya uyğun deyil:"Ümumi qəbul edilən məlumatlara görə, "World Health Organization" və digər beynəlxalq qurumların qiymətləndirməsinə əsasən, dünyada cütlüklərin təxminən 15–18%-i (yəni təxminən hər 5–6 cütlükdən biri) sonsuzluqla üzləşir və bu hallar təxminən yarı-yarıya qadın və kişi faktorları ilə bağlı olur".O bildirib ki, Azərbaycanda sonsuzluq üzrə ayrıca, geniş ictimaiyyət üçün açıq olan dəqiq milli statistika yoxdur:"Son illərdə doğum göstəricilərinin azalması reproduktiv sağlamlıq problemlərinin, eləcə də sosial faktorların aktuallaşdığını göstərir. Bu isə avtomatik olaraq “çox insan sonsuzdur” demək deyil. Daha çox gec evlənmə, uşaq planlamasının təxirə salınması və həyat tərzi dəyişiklikləri ilə əlaqəlidir. Sonsuzluğa səbəb olan əsas amillərə kişilərdə spermanın say və keyfiyyətinin azalması, qadınlarda ovulyasiya pozğunluqları və fallop borularının tutulması kimi tibbi problemlər, hormonal disbalans, müalicə olunmamış cinsi yolla keçən infeksiyalar, yaş amili, artıq çəki və ya kəskin arıqlıq, siqaret və alkoqol istifadəsi, xroniki stress, ekoloji faktorlar və bəzi hallarda genetik xüsusiyyətlər daxildir. Yəni sonsuzluq adətən tək bir səbəbdən yox, bir neçə tibbi və həyat tərzi faktorunun üst-üstə düşməsi nəticəsində yaranır və erkən müayinə ilə halların böyük bir hissəsində müalicə və ya köməkçi reproduktiv üsullarla uşaq sahibi olmaq mümkündür".Əfsanə Kamal

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
90
demokrat.az

1Mənbələr