
Türkiyəli jurnalist Bahri Ak Ermənistanla sərhədin mümkün açılışı ilə bağlı bölgədəki ictimai əhval-ruhiyyəni öyrənmək üçün Türkiyənin Qars şəhərinə və ətraf rayonlara səfər edib.
“Habervesaire” saytının reportyoru olan jurnalist qeyd edib ki, Qars sakinləri Ermənistanla sərhədin açılmasını səbirsizliklə gözləyirlər. Onun sözlərinə görə, yerli əhali həyat şəraitinin yaxşılaşmasını birbaşa sərhədin açılması ilə əlaqələndirir.
Reportajda bildirilir ki, şəhər sakinləri, dükan sahibləri və taksi sürücüləri sərhəd açılacağı təqdirdə bölgədə turizmin canlanacağını, ticarət dövriyyəsinin artacağını və Qarsdan miqrasiyanın azalacağını vurğulayıblar.
Sakinlər hesab edirlər ki, sərhədin açılması regionun iqtisadi inkişafına təkan verə və şəhərin sosial-iqtisadi vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta