AZ

Rusiya 4 günlük iş həftəsinə keçir

ain.az, Newscenter.az portalına istinadən məlumat verir.

Rusiya 4 günlük iş həftəsinə keçə bilər.Newscenter.az TASS-a istinadən bildirir ki, ölkədə keçirilən rəy sorğularının nəticələri belə deməyə əsas verir.Sorğunun nəticələrinə görə, rusların üçdə ikisi yalnız eyni əmək haqqını saxladıqları təqdirdə dördgünlük iş həftəsinə keçməyə hazırdır.Respondentlərin üçdə ikisi (64%) isə hazırkı əmək haqlarının saxlanılmasını əsas amil kimi qeyd edir.Həmçinin, respondentlərin 14%-nin iş saatları artırılmadığı təqdirdə həftədə dörd gün işləməyə hazır olduğunu, 12%-nin isə üç gün istirahət üçün daha uzun saatlarda işləməyə hazır olduğunu bildirib. Tədqiqatda qeyd olunur ki, respondentlərin yalnız 6%-i belə bir cədvəl üçün əmək haqqının bir qədər azaldılmasını qəbul edərdi, 2%-i isə ümumiyyətlə belə bir iş cədvəlini qəbul etməyə hazır deyil.Anar

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
54
newscenter.az

1Mənbələr