"Beynəlxalq hüquq və qaydalara əsaslanan əvvəlki dünya nizamı faktiki olaraq mövcud deyil".
"Unikal" xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merts 62-ci Münxen Təhlükəsizlik Konfransında açılış nitqində deyib.
Almaniya hökuməti başçısının sözlərinə görə, mövcud qlobal təhlükəsizlik sistemi çökmək üzrədir. "Qorxuram ki, daha da aydın olmalıyıq: bu nizam, ən yaxşı dövrlərdə belə nə qədər qüsurlu olsa da, artıq mövcud deyil", - deyə o vurğulayıb.
Merts qeyd edib ki, beynəlxalq vəziyyət açıq müharibələrin və münaqişələrin artması ilə xarakterizə olunan yeni bir mərhələyə qədəm qoyub. O hesab edir ki, davam edən proseslər dövlətlər arasında gərginliyi artırır və qlobal tarazlığı əvvəllər gözləniləndən daha tez dəyişir.