AZ

Emre Aydın Bakıda konsert verdi

Bu gün "Anadolu Events" şirkətinin təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində tanınmış türkiyəli ifaçı Emre Aydının konsert proqramı keçirilib.

Missiya.Az xəbər verir ki, gecə boyu sənətçi sevilən və hit mahnılarını səsləndirərək pərəstişkarlarına unudulmaz anlar yaşadıb.

 İfaçı repertuarında yer alan “Afili Yalnızlık”, “Soğuk Odalar”, “Hoşçakal” kimi məşhur mahnıları və digər sevilən musiqilərini səsləndirib. 

İfa olunan hər bir mahnı tamaşaçılar tərəfindən böyük coşğu və alqışlarla qarşılanıb. Xüsusilə sənətçinin duyğusal və enerjili səhnə performansı konsertə qatılanlar tərəfindən maraqla izlənilib.

Tədbir yüksək səviyyədə təşkil olunub, səhnə tərtibatı və işıq effektləri gecəyə xüsusi rəng qatıb. Zalın tam dolu olması Emre Aydına olan maraq və sevginin daha bir göstəricisidir.

Konsert proqramı musiqisevərlərə xoş və yaddaqalan bir axşam bəxş edib.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
12
missiya.az

1Mənbələr