AZ

Moskva və Tehran Rusiya qazı üçün müqavilə hazırlayırlar

ain.az, Bakupost portalına istinadən məlumat verir.

Hazırda İslam Respublikasına Rusiya qazının tədarükü ilə bağlı saziş hazırlanır.

Bakupost.az xəbər verir ki, bunu İranın Moskvadakı səfiri Kazım Cəlali bildirib.

O, layihə ilə bağlı İran tərəfindən heç bir problem olmadığını əlavə edib:

"Biz artıq Rusiyanın yüksək vəzifəli hökumət rəsmiləri ilə danışıqlar aparmışıq. Əgər bu sazişi imzalasaq, o zaman bu layihənin həyata keçirilməsinə başlaya bilərik", - deyə O qeyd edib.

Cəlali əlavə edib ki, layihənin həyata keçirilməsi üçün texniki məsələlərin həlli, təxminən 2-3 il çəkəcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
1
www.bakupost.az

2Mənbələr