AZ

Hava limanı yolu bağlandı

Hazırda Suraxanı rayonu, Aeroport şosesində (“Buta Palace” yaxınlığında) istismar müddətini başa vurmuş elektron məlumat-sürət tablolarının yerləşdiyi metal konstruksiyanın bir hissəsinin söküntü işlərinə başlanılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bu səbəbdən hava limanı yolundan (Hava limanı körpüsündən) Koroğlu metro stansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib. Mərdəkan şosesindən gələn sürücülər alternativ yol kimi Zığ şosesi istiqamətinə yönləndirilir.

Məhdudiyyət tətbiq olunduğu müddətdə nəqliyyat vasitələrinin rahat hərəkətinin təmin olunması üçün yol polisi tərəfindən zəruri tədbirlər görülür.

Seçilən
33
16
nocomment.az

10Mənbələr