ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
Əgər ABŞ danışıqlardan əvvəl yekun nəticəni diktə etməyə çalışmasa, Vaşinqtonla Tehran arasında nüvə proqramı üzrə razılaşma əldə olunması mümkündür.
Globalinfo.az xəbər verir ki, bunu İranın Rusiyadakı səfiri Kazım Cəlali bəyan edib. Diplomat bu fikirləri Rusiyanın “Rossiya-24” televiziya kanalına müsahibəsində səsləndirib.
Onun sözlərinə görə, danışıqların mahiyyəti tərəflərin qarşılıqlı kompromis axtarmasından ibarət olmalıdır:
“Əgər tərəflərdən biri əvvəlcədən nəticəni diktə etməyə çalışırsa, bu artıq danışıqlar deyil, öz mövqeyini qəbul etdirmək cəhdidir”.
Qeyd edək ki, İranda dekabr və yanvar aylarında etiraz aksiyaları keçirilib. Bəzi media orqanlarında etirazçıların iki şəhərdə nəzarəti ələ keçirdiyi iddia olunub. Yanvarın 8-dən etibarən aksiyaların intensivləşdiyi bildirilir.
ABŞ Prezidenti Donald Trump İran rəhbərliyini etirazçılara qarşı zorakılıqdan çəkinməyə çağırıb və Vaşinqtonun hadisələri izlədiyini bildirib. Media məlumatlarında ABŞ administrasiyası tərəfindən İrana mümkün zərbələrin nəzərdən keçirildiyi, lakin bu variantın qəbul edilmədiyi iddia olunub.
Tahir Turan
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.