Ukrayna ABŞ-dan Konqresdə təhlükəsizlik zəmanətlərini təsdiqləməyə hazır olması barədə məlumat alıb.
APA xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa deyib.
"Təhlükəsizlik arxitekturasının ikinci əsas elementi ABŞ-ın dəstəyi ilə hərbi mövcudluqdur. ABŞ-ın rolu olmadan Avropada effektiv təhlükəsizlik sistemi mümkün deyil", - Sibiqa vurğulayıb.
XİN qeyd edib ki, bunlar sadəcə zəmanətlər deyil, hüquqi cəhətdən məcburi zəmanətlərdir - Ukrayna tarixində bir ilk. İkitərəfli zəmanət layihəsi demək olar ki, tamamlanıb.
Nazir onu da qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin Ukraynada heç bir strateji məqsədə çatmayıb.