"Atletiko Madrid"in baş məşqçisi Dieqo Simeone" Barselona" ilə bağlı diqqətçəkən açıqlama verib.
Offsideplus.az xəbər verir ki, jurnalistin “Barselona" klubu "Kamp Nou"da komandanıza qarşı 4:0 hesablı məğlubiyyəti geri çevirə bilərmi?” - sualına Simeone qısa və sərt cavab verib:
“Onların Kriştianu Ronaldusu yoxdur.”
Simeonenin bu sözləri sosial şəbəkələrdə və futbol ictimaiyyətində geniş müzakirələrə səbəb olub.
Mütəxəssislər argentinalı çalışdırıcının bununla Çempionlar Liqasındakı məşhur geri dönüşlərdə Kriştianu Ronaldunun həlledici roluna işarə etdiyini bildirirlər.