Usman Dembel “Ren”ə 1:3 hesabı ilə məğlubiyyətdən sonra “PSJ” oyunçularını komanda üçün oynamağa çağırıb.
Sportal.az xəbər verir ki, Dembele öz açıqlamasında bunları qeyd edib:
“Oyuna çox zəif başladıq, “Ren” isə əla oyun göstərdi. Daha çox istək göstərməliyik və ən əsası, qalib gəlmək üçün “PSJ” üçün oynamalıyıq. Çünki hər kəs yalnız özünü düşünərsə, arzulanan titulları qazana bilmərik.
Keçən mövsüm klubun hər şeydən üstün olduğunu, özümüzdən üstün tutduğumuzu göstərdik. Əvvəlcə bu yanaşmanı geri gətirməliyik, xüsusilə belə oyunlarda. Bilirik ki, mövsümün ikinci yarısı gedir. Birinci yerdə fərdi oyunçular yox, “PSJ” olmalıdır”, – deyə hücumçu bildirib.
saytlarin hazirlanmasi