BAKI, 14 fevral. TELEQRAF
Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukrayna Silahlı Qüvvələrinin Belqoroda hücumunu “Kiyev rejiminin cəhənnəmi xatırladan terroru” adlandırıb.
Teleqraf xəbər verir ki, o bildirib ki, bu məsələ Münhen Təhlükəsizlik Konfransında müzakirə olunmalı, Kiyevin maliyyələşdirilməsi mövzusu ön plana çəkilməməlidir.
Zaxarovanın sözlərinə görə, Kiyev rejiminin dinc əhaliyə qarşı həyata keçirdiyi bu cür hərəkətlər beynəlxalq platformalarda, o cümlədən Münhen Təhlükəsizlik Konfransında əsas müzakirə mövzusu olmalıdır.