AZ

“Milan” Luka Modriçin müqaviləsini daha bir mövsüm uzatmağı planlaşdırır

“Milan” 40 yaşlı yarımmüdafiəçi Luka Modriçin müqaviləsini uzatmağı planlaşdırır.

İdman.Biz-in “La Gazzetta dello Sport”a istinadən məlumatına görə, xorvatiyalı futbolçunun 2026-cı ilin yayında başa çatacaq müqaviləsində daha bir mövsüm üçün seçim imkanı var.

Nəşrin məlumatına görə, Modriç karyerasını davam etdirməyə hazır olarsa, “rossoneri”nin təklifini nəzərdən keçirəcək.

Bu mövsüm yarımmüdafiəçi klubun heyətində bütün yarışlarda 25 oyuna çıxıb, bir qol vurub və üç məhsuldar ötürmə edib. “Milan” hazırda 23 oyundan 50 xalla A Seriyasının turnir cədvəlində ikinci yerdədir.

İdman.Biz
Seçilən
19
1
idman.biz

2Mənbələr