AZ

Messi ilə bağlı planı açıqladı: Seçkidə qalib gəlsə…

Viktor Font mart ayında keçiriləcək “Barselona” prezident seçkilərində qalib gəlməyə ümid edir. Onun məqsədlərindən biri klubun Lionel Messi ilə münasibətlərini bərpa etməkdir. Məlum olduğu kimi, “Barselona” 2021-ci ildə maliyyə problemləri səbəbindən Messi ilə müqaviləni yeniləyə bilməyib. Vida mətbuat konfransında Leo ağlayıb.

Publika.az xəbər verir ki, Font “El Larguero” proqramında bildirib: “Leonun sözün əsl mənasında “Kamp Nou”ya getməli olması, Messi ilə münasibətlərimizi kəsməyimiz, amma “Real Madrid”lə münasibətləri kəsməməyimiz bağışlanmazdır”.

Fontun sözlərinə görə, “Barselona”nın prioriteti Messi ilə barışıq olmalıdır. Əgər seçkilərdə qalib gələrsə, Font Messiyə üç sütun əsasında təklif verməyi planlaşdırır: institusional, kommersiya və idman.

Seçilən
22
publika.az

1Mənbələr