"Qarabağ"ın hücumçusu Nəriman Axundzadənin ABŞ təmsilçisi “Kolumbus Kru”ya transfer barədə məlumat vermişdik.
ABŞ mediasının yazdığına görə, 21 yaşlı forvard U22 təşəbbüsü çərçivəsində heyətə cəlb olunub və beynəlxalq transfer sertifikatı ilə iş vizası rəsmiləşəndən sonra komandanın iştirak ərizəsinə daxil ediləcək.
Sportinfo.az xəbər verir ki, müqavilə 2029-cu ilin iyununa qədər qüvvədə olacaq.
Klubun baş meneceri İssa Tall futbolçunun texniki keyfiyyətlərinin və işgüzarlığının komandanın oyun üslubuna uyğun gəldiyini bildirib.
O vurğulayıb ki, Nəriman Axundzadə məşqçilər korpusunun qərarı ilə bir müddət əvəzedici komandada oynayacaq. “Kolumbus Kryu”nun əvəzedici komandası ilk oyununu martın 2-də “Nyu York Red Bulls”a qarşı keçirəcək.
Axundzadə 2025/26 mövsümündə Azərbaycan Premyer Liqasında 13 oyuna çıxaraq 3 qol vurub. O, “Kolumbus Kryu”nun bu il həyata keçirdiyi ən bahalı üçüncü transferidir.