AZ

Prezident İlham Əliyev: Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq

Münxen. Trend:

Tarixi sənədin Ağ Evdə Amerika Birləşmiş Ştatları Prezidentininiştirakı ilə imzalanması o deməkdir ki, münaqişə bitib və biz daimiolacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq.

Trend xəbər verir ki, busözləri Prezident İlham Əliyev Münxendə “France 24” telekanalınınmüxbirinə müsahibəsində deyib.

ABŞ Prezidentinin Birgə Bəyannaməni şahid qismində imzaladığınıxatırladan dövlətimizin başçısı qeyd edib ki, o vaxtdan bəri altıaydan çox müddət keçib və bizim Ermənistanla sərhəddə vəziyyət çoxsakitdir. Artıq atəş açılmır, qurban vermirik, yaralananlarolmur.

Seçilən
17
10
az.trend.az

10Mənbələr