Münxen. Trend:
Mən bildiyimə görə, Ermənistan referendum keçirməyiplanlaşdırır. Bu olan kimi sülh sazişinin rəsmi imzalanmasına heçbir maneə qalmayacaq. Lakin yenə də vurğulamaq istəyirəm ki,Azərbaycan üçün sülh əldə olunub.
Trend xəbər verir ki, bunuPrezident İlham Əliyev Münxendə “France 24” telekanalının müxbirinəmüsahibəsində deyib.
“Normallaşma prosesi uğurla irəliləyir və ümid edirəm ki, formalxarakter daşıyan bu hüquqi məsələlər tamamlanan kimi bizdə rəsmənsülh olacaq”, - deyə dövlətimizin başçısı bildirib.