AZ

Corc Vaşinqton Universitetinin Tekstil Muzeyində Azərbaycan irsi adlı sərgi keçirilib

ain.az bildirir, Azertag portalına istinadən.

Vaşinqton, 14 fevral, AZƏRTAC

ABŞ-ın paytaxtı Vaşinqtonda yerləşən Corc Vaşinqton Universitetinin Tekstil Muzeyində Azərbaycanlı Tələbələr Assosiasiyasının təşkilatçılığı ilə "Azərbaycan irsi" adlı interaktiv sərgi keçirilib.

AZƏRTAC xəbər verir ki, sərgidə Azərbaycanın müxtəlif bölgələrinə məxsus xalçalar, milli geyimlər, rəsm əsərləri və digər milli mədəniyyət nümunələri nümayiş olunub. Sərgi eksponatları arasında Ulu Öndər Heydər Əliyevin ABŞ-Azərbaycan Ticarət Palatasına hədiyyə etdiyi rəsm əsəri də var. Bununla yanaşı sərgi təşkil olunan zalda Azərbaycan milli kinosundan fraqmentlər və musiqilər səsləndirilib. Tədbirdə ziyarətçilərə Azərbaycan mədəniyyət nümunələrinə dair məlumatları əks etdirən broşürlər paylanıb.

Tədbir universitetdə təhsil alan tələbələrin və digər ziyarətçilərin marağına səbəb olub.

Tədbirin təşkilinə Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyi və Virciniya ştatındakı Azərbaycan Evi dəstək verib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
azertag.az

1Mənbələr