AZ

Korifey sənətkarların arxiv VİDEOsu KÖVRƏLTDİ Nəsibə Zeynalova, Xanım Qafarova...

Milli.az saytından alınan məlumata görə, ain.az bildirir.

Sosial şəbəkələrdə yayılan maraqlı arxiv videosu izləyicilərin böyük marağına səbəb olub.

Milli.Az xəbər verir ki, görüntülərdə korifey sənətkarlar, aktyor və aktrisalar, eləcə də tanınmış incəsənət və mədəniyyət nümayəndələri yer alıblar. Onların səmimi şəkildə rəqs edib əyləndiyi anlar izləyicilər tərəfindən maraqla qarşılanıb.

Video qısa zamanda geniş yayılaraq çoxsaylı bəyənmə və rəylər toplayıb. İzləyicilər paylaşıma nostalji dolu fikirlər yazaraq, həmin dövrün səmimiyyətini və sənət mühitinin ab-havasını xatırladıqlarını bildiriblər.

Arxiv görüntülərdə Nəsibə Zeynalova və Xanıma Qafarova kimi mərhum, tanınmış aktrisalar yer alıblar. Onların görüntüləri sosial şəbəkə istifadəçilərini kövrəldib, sənətkarların unudulmaz xatirəsi yenidən gündəmə gəlib.

Musa

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
1
news.milli.az

2Mənbələr