AZ

Çinin istehsal etdiyi smartfonlardakı gizli təhlükə

Məşhur texnologiya bloqçusu Markes Brounli (MKBHD) son illərdə bir sıra Çin smartfon istehsalçıları tərəfindən fəal şəkildə istifadə edilən silikon-karbon batareyalarını tənqid edən video yayımlayıb..

Publika.az xəbər verir ki, bloqçu bu cür batareyaların yaratdığı risklərdən danışıb.

Onun sözlərinə görə, bu texnologiya cihazın ölçüsünü böyütmədən enerji tutumunu artırmağın bir yolu kimi təbliğ olunur, lakin bu cür batareyaların uzunömürlülüyündən şübhə edilməlidir.

O izah edib ki, belə batareyalar doldurulduqda anoddakı silikon litium ionlarını udur və həcmi üç dəfəyə qədər genişlənə bilir, boşaldıldıqda isə orijinal ölçüsünə qayıdır.

Bloqçu davamlı genişlənmə və daralmanın zamanla strukturda mikrozədələnməyə səbəb ola biləcəyini və batareya tutumunun azalmasını sürətləndirəcəyini söyləyib.

Seçilən
57
50
publika.az

10Mənbələr