Sumqayıtda zavod işçisi avtobusda ölüb.
KONKRET.az xəbər verir ki, Kimyaçılar qəsəbəsində yerləşən “Azərkimya İB Etilen-Polietilen” zavodunun qarşısında zavoda məxsus “İsuzu” markalı avtobusda 1968-ci il təvəllüdlü Abşeron sakini Səlim Məmmədov qəfil vəfat edib.
Onun infarktdan öldüyü bildirilib.
Araşdırmalar şəhər prokurorluğu tərəfindən aparılır.