
Sakit Okeanda ada dövləti olan Vanuatu sahillərində 6,4 bal gücündə zəlzələ baş verib.
Bu barədə ABŞ Geoloji Xidmətinin məlumat verib.
Zəlzələ Port Olri şəhərindən 52 kilometr şimal-qərbdə qeydə alınıb. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində ölən və ya xəsarət alanlar barədə məlumat verilməyib.