“Neftçi”nin mətbuat xidməti “Kəpəz”lə oyun öncəsi bu klubların oyunlarının tarixinə dair maraqlı videolar paylaşıb.
QOL.az xəbər verir ki, həmin videolar sırasında hazırda “Qarabağ”ln baş məşqçisi olan Qurban Qurbanovun “Kəpəz”ə vurduğu qol da yer alıb. Qoldan sonra Q.Qurbanovu təbrik edən isə hazırda onun köməkçisi işləyən Müşfiq Hüseynovdur.
Qeyd edək ki, Q.Qurbanov 1996-98, 2001 və 2004-2005-ci illərdə “Neftçi”də oynayıb.