“Çelsi” İngiltərə Kubokunun dördüncü raundunda “Hall Siti” üzərində 4:0 hesablı qələbə qazanıb.
Publika.az xəbər verir ki, “zadəganlar”ın heyətində Pedro Neto het-trikə imza atıb, daha bir qolu isə Estevao Uillyan vurub.
London klubunun əvvəlki səfər oyununda da het-trik qeydə alınmışdı. Həmin görüşdə Koul Palmer “Vulverhempton”un qapısına üç qol vurmuşdu – 3:1.