AZ

Sumqayıtda zavod əməkdaşı avtobusda öldü

Sumqayıt şəhərində fəaliyyət göstərən zavodun əməkdaşı nəqliyyat vasitəsində həyatını itirib.

Moderator.az "Qafqazinfo"ya istinadla məlumat verir ki, hadisə Kimyaçılar qəsəbəsində yerləşən zavodun önündə qeydə alınıb.

Müəssisəyə aid olan "Isuzu" markalı avtobusda Abşeron rayon sakini, 1968-ci il təvəllüdlü Səlim Məmmədov qəflətən dünyasını dəyişib. Mərhumun ölüm səbəbinin ürək çatışmazlığı (infarkt) olduğu qeyd edilir.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Seçilən
51
3
moderator.az

4Mənbələr