İşğaldan azad edilmiş Laçın rayonunda Həkəri çayının üzərində yerləşən "Güləbird" kiçik su elektrik stansiyasında (SES) istismara verildiyi tarixdən bu ilin fevralın 1-dək 87,7 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.
Bu barədə Aznews.az-a Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, "Güləbird" SES 5 il əvvəl fevralın 14-ü yenidən bərpa olunaraq istifadəyə verilib. Basqılı derivasiya tipli stansiyanın ümumi gücü 8 MVt-dır.