AZ

Bu işçilər ixtisara düşəndə 2 800 manat müavinət alacaqlar

Bakı. Trend:

Qanunvericiliyə əsasən, müəssisə ləğv edildikdə və ya fizikişəxs olan işəgötürənin fəaliyyətinə xitam verildikdə, işçilərinsayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsinə işəgötürəntərəfindən xitam verilə bilər.

İqtisadçı-ekspert Allahverdi Aydın Trend-ə açıqlamasındaxatırladıb ki, bu hallarda əmək müqaviləsinə xitam verilən işçiyəmüəyyən ödəmələr həyata keçirilməlidir.

Belə ki, işçiyə işəgötürən tərəfindən həmin işəgötürənləbağlanmış əmək müqaviləsinə uyğun olaraq müəyyən olunan əməkstajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinətiödənilir:

  • bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqımiqdarında;
  • bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıqəməkhaqqının azı 1,4 misli miqdarında;
  • beş ildən on ilədək əmək stajı olduqda – orta aylıqəməkhaqqının azı 1,7 misli miqdarında;
  • on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azıiki misli miqdarında.

Həmçinin, işəgötürən yuxarıda nəzərdə tutulan müavinətdən əlavəay tamam olmadığı hallarda faktiki işlədiyi günlər üçün əməkhaqqıvə əgər istifadə edilməmiş məzuniyyət günləri varsa, buna görə dəkompensasiya ödəyir.

Ekspert 1 100 manat əməkhaqqı alan işçiyəbu hallarda nə qədər müavinət ödəniləcəyinə dair hesablamaaparıb:

“Misal üçün deyək ki, Kamran adlı şəxs “ABC” MMC-də10.03.2023-cü il tarixindən baş mühəndisvəzifəsində çalışır. O, işə qəbul olunduğu tarixdən əməkmüqaviləsinə xitam verilən tarixədək aylıq 1 100manat əməkhaqqı alıb. Kamran işlədiyi müddətdə əmək məzuniyyətindəniki dəfə istifadə edib. “ABC” MMC-nin fəaliyyətinə xitam verildiyiüçün Kamranın əmək müqaviləsinə 10.02.2026-cı iltarixdən xitam verilib.

Bu halda əmək müqaviləsinə xitam verildiyi tarixə Kamranaödənilməli olan son haqq-hesab bu şəkildə hesablanır:

Əvvəlcə, işlənmiş iş günləri üçün əməkhaqqı hesablanır.İstehsalat təqviminə əsasən, 2026-cı ilinfevral ayında 21 iş günü var.Kamran fevral ayında 7 iş günü çalışıb və son işgünü 10 fevral tarixidir.

1 100 : 21 =52,4 manat;

52,4 × 7 =366,7 manat.

Daha sonra istifadə edilməmiş məzuniyyətə görə kompensasiyahesablanır:

Kamran işlədiyi müddətdə əmək məzuniyyəti hüququndan iki dəfəistifadə etməyib. O, 10.03.202310.03.2025-ci il tarixlərini əhatə edən iki işilində məzuniyyət hüququndan istifadə edib. Lakin 10.03.2025-ci iltarixindən sonra məzuniyyət hüququndan istifadə etməyib. “ABC”MMC-də mühəndis vəzifəsində işləyən Kamranın bir iş ilində 30təqvim günü məzuniyyət hüququ var. Kamran sonuncu iş ilində11 ay işləyib. Hər ay üçün orta məzuniyyət günü2,5 gün (30 / 12= 2,5) edir. 11 ay üçün isə27,5 gün (11 ×2,5 = 27,5) edir.

Orta aylıq əməkhaqqının 1 100 manatolduğunu nəzərə aldığımız zaman məzuniyyətə görə kompensasiyaaşağıdakı kimi olur:

(1 100 : 30,4) ×27,5 = 995,1 manat.

Kamrana işinə xitam verilməsinə görə ödəniləcək işdənçıxarmamüavinətinin məbləği isə aşağıdakı kimi olacaq:

Ödənişdən əvvəlki iki ay – dekabryanvar ayları üzrə Kamranın gəliri 2200 manat (1100 × 2)olub. Həmin aylarda iş günlərinin sayı 40 günolub. Nəticədə bir günlük əməkhaqqı 55 manat(2 200 : 40) olacaq.

2026-cı il üzrə orta aylıq iş günlərinin sayı20,08 gün qəbul edildiyi üçün Kamrana veriləcəkorta aylıq əməkhaqqının məbləği 1 104,4 manat(55 × 20,08) olacaq. Kamranın işstajı bir ildən çox, beş ildən az olduğu üçün ona orta aylıqəməkhaqqının azı 1,4 misli miqdarında müavinət –1 546,2 manat (1 104,4 ×1,4 = 1546,2) veriləcək.

Vergi Məcəlləsinə əsasən, müəssisənin fəaliyyəti dayandığı zamanəmək müqaviləsinə xitam verildikdə işçilərə ödənilən təminatlargəlir vergisindən və sosial ödənişlərdən azad edilir.

Lakin işlənmiş iş günləri üçün əməkhaqqı və istifadə edilməmişməzuniyyətə görə kompensasiya vergi və digər sosial ödənişlərdənazad olunmur. Bu səbəbdən Kamrana ödəniləcək 366,7manat işlənmiş iş günləri üçün əməkhaqqından və995,1 manat istifadə edilməmiş məzuniyyətə görəkompensasiyadan cəmi 156,2 manat(DSMF (122,2) + işsizliksığortası (6,8) + icbari tibbisığorta (27,2) = 156,2)tutulacaq.

Bütün bunlardan sonra son haqq-hesab məbləği bu şəkildəolacaq:

334,9 manat (işlənmiş günlər üçün əməkhaqqı) +884,7 manat (istifadə edilməmiş məzuniyyətə görəkompensasiya) + 1 546,2 manat (işdənçıxarmamüavinəti) = 2 765,8 manat.

Deməli, bu nümunədən də göründüyü kimi, ayda 1100 manat əməkhaqqı alan bir şəxsin müəssisənin fəaliyyətidayandığı üçün əmək müqaviləsinə xitam verilərsə, işəgötürən ona2 765,8 manat ödəməlidir”.

Seçilən
110
16
az.trend.az

10Mənbələr