AZ

Zelenski Əbu Dabidəki danışıqlarla bağlı şərhlərinə görə üzr istəməyə məcbur olub

Gununsesi portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya və ABŞ ilə münaqişələrin həlli üzrə görüşlərin statusunu aşağı salaraq onları “texniki səviyyəli” danışıqlar adlandırdı və daha sonra nümayəndə heyətindən üzr istədi.

Gununsesi.info xəbər verir ki, o, bu açıqlamanı “Politico”ya verdiyi müsahibədə  Əbu-Dabidəki danışıqları şərh edərkən verib.

Zelenskinin sözlərinə görə, ABŞ nümayəndələri tərəfləri “texniki səviyyədə” üçtərəfli əlaqələrə sövq ediblər. Daha sonra o, bu ifadəyə görə Ukrayna nümayəndə heyətinin üzvlərindən açıq şəkildə üzr istəyib və bunun mübahisəli ola biləcəyini etiraf edib.

Qeyd edək ki, 4-5 fevral tarixlərində Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə Əbu-Dabidə Ukrayna üzrə danışıqların ikinci mərhələsi keçirildi. Birinci mərhələ 23-24 yanvar tarixlərində baş tutdu. Görüşlər mətbuatın iştirakı olmadan, qapalı qapılar arxasında keçirildi.

Maqsud

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
icma.az

1Mənbələr