AZ

Rusiya Ukraynaya ballistik raket və 112 PUA ilə hücum edib

Rusiya fevralın 14-ə kecən gecə Ukraynaya "İskəndər-M" ballistik raketi və müxtəlif istiqamətlər üzrə 112 zərbə dronu ilə hücum edib.

Bu barədə Bakıvaxtı.az-a Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin Telegram sosial şəbəkəsindəki məlumatına istinadən xəbər verir.

Hərbçilərin məlumatına görə, hücum fevralın 13-ü saat 18:30-dan fevralın 14-ü səhərədək Rusiya tərəfindən həyata keçirilib.

Qeyd olunur ki, buraxılan dronların təxminən 70-i "Şahed"lərdir.

"Hava hücumu aviasiya, zenit-raket qoşunları, Radioelektron Mübarizə (REM) və pilotsuz sistemlər bölmələri, Ukrayna Müdafiə Qüvvələrinin mobil atəş qrupları tərəfindən dəf edilib", - məlumatda deyilir.

İlkin məlumatlara görə, şənbə günü saat 08:30-a olan vəziyyətə əsasən, hava hücumundan müdafiə vasitələri ilə "Shahed", "Gerbera", "İtalmas" və digər tipli 91 Rusiyaya məxsus dronu zərərsizləşdirilib.

Seçilən
23
7
bakivaxti.az

8Mənbələr