AZ

Daha bir maye qazdoldurma məntəqəsinin istismarı dayandırıldı

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri daxilində zəruri tədbirlərin görülməsini davam etdirir.

FHN-nin Mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, bu çərçivədə, agentliyin müfəttişləri tərəfindən Göygöl şəhəri, Azay Kazımov küçəsində fəaliyyət göstərən fərdi sahibkar Əliyev Nizami Rza oğluna məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb.

Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.

Belə ki, maye qazdoldurma məntəqəsində istismar olunan 4 ədəd maye qaz tutumunun üzərində quraşdırılmış qoruyucu klapanların və manometrlərin dövri yoxlamasının aparılmadığı, həmçinin 1 ədəd maye qaz tutumunun istismar müddətinin bitdiyi və texniki diaqnostikaya cəlb olunmadığı, eləcə də 3 ədəd qeydiyyatda olmayan maye qaz tutumunun tam texniki müayinəsinin aparılmadığı müəyyən edilib.

Seçilən
101
24
publika.az

10Mənbələr